Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycan yığması 3 oyunda 39 qol buraxdı

Azərbaycan yığması 3 oyunda 39 qol buraxdı

2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsinə yekun vurulub. Azərbaycanın 17 yaşadək futzalçılardan ibarət komandası son oyunda Hollandiya ilə qarşılaşıb.
Oyun hollandların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda Slovakiyaya 0:12, ardınca Rusiyaya 0:20 hesabı ilə yenilən milli komandamız 3 matçda qapısında 39 qol görsə də, rəqib qapıçıları məyus edə bilməyib.
Qızlardan ibarət yığmamız isə Ukrayna ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Bundan əvvəl İtaliyaya 0:2, Portuqaliyaya 0:10 hesabı ilə uduzan komandamız 3 matçda 2 qol vurub,14-ünü buraxıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …