Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır (VİDEO)

Polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır (VİDEO)

Rusiyanın Surqut şəhərində doğum evinin qarşısında qoyun kəsən azərbaycanlı ailə heyvansevərləri qəzəbləndirib.

Qafqazinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkələrdə həmin video yayıldıqdan sonra heyvan müdafiəçiləri ayağa qalxıblar. Onların şikayətindən sonra polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır.
Bu ritual İslam ənənələrinə uyğun hesab olunsa da, əksəriyyət bu addımı heyvanların müdafiəsi baxımından düzgün qəbul etməyib. Polis hazırda hadisənin təfərrüatlarını və qoyunu kəsənlərin şəxsiyyətini müəyyənləşdirir.
Məsələ ilə bağlı Surqut Perinatal Mərkəzinin baş həkimi Larisa Belotserkovtsevanın münasibətini öyrənə bilməyiblər.  

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …