Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Paşinyan: Sarkisyan həbs oluna bilər

Paşinyan: Sarkisyan həbs oluna bilər

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik xidmətinə səs-küylü cinayət və korrupsiya faktlarının aşkarlanmasına dair tapşırıq verməyib. Onun üçün başlıca məsələ qanunilikdir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Paşinyan son zamanlar Ermənistanda ajiotaj doğuran silsilə istintaqlarla, xüsusən də sabiq prezident Serj Sarkisyanın qardaşının ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Sarkisyanın qardaşı Aleksandrın 2 dəfə həbs olunduğunu, lakin hər dəfə azadlığa buraxıldığını şərh edən Paşinyan bildirib: “Bunun özü etimad formalaşdırır. Əgər konkret sübutlar varsa, iş görülür. Əgər sübut yoxdursa, onda şəxsi azad buraxırlar. Son nəticədə k bizim yekun məqsədimiz həbs etmədeyil. Və qoy, heç kəs düşünməsin ki, guya mən kiməsə zəng vurub, “bunu buraxın, onu isə həbs edin” deyirəm. Mənim üçün başlıca məqsəd 100 faiz qanunilikdir.”

Lakin aparılan istintaqların və cinayət işlərinin sabiq prezident Serj Sarkisyanın birbaşa özünə aid edilməsinə dair sualı cavablandıran Paşinyan Serjin həbsini istisna etməyib. “Əgər məsələ Serj Sarkisyanadək gedib çıxsa, onda bəli. Ermənistanda toxunulmaz şəxs yoxdur”, – deyə Paşinyan vurğulayıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …