Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Kral ailəsində gəlin-qayınana davası – Video

Kral ailəsində gəlin-qayınana davası – Video

Pasxa mərasiminə qatılmaq üçün Palma Katedralına gedən İspaniya kralının ailəsində gərginlik yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kralın anası ilə həyat yoldaşı arasındakı gərginlik kameralardan yayınmayıb və sosial şəbəkələrdə böyük maraq doğurub.

Belə ki, VI Filippin 79 yaşlı anası kraliça Sofiya çıxışda nəvələri ilə birgə foto çəkdirmək üçün poza verməyə çalışsa da, gəlini 45 yaşlı kraliça Letisiya açıq şəkildə ona mane olmağa çalışıb. Letisiya qayınanasının əllərini qızının çiynindən endirib, kraliça Sofiya da eyni şəkildə gəlininə cavab verib. Baş verən gərginliyin səbəbini anlamayan kral isə təəccüblü baxışlarla onları izləyib.

Həmin anların videosu istifadəçilərdən biri tərəfindən tvitter hesabında paylaşılsa da, sonradan silinib. Lakin video qısa müddətdə minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …