Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Eltisinə qəzəbləndi, uşağını öldürüb qanını içdi – DƏHŞƏT…

Eltisinə qəzəbləndi, uşağını öldürüb qanını içdi – DƏHŞƏT…

Hindistanda qaynı arvadı ilə dava edən qadın qəzəbləndiyi eltisinin oğlunun boğazını kəsdikdən sonra qanını içib. 
Moderator.az xəbər verir ki, 6 yaşlı uşağı 4 yaşlı bacısının gözü qarşısında öldürən qadın hadisədən sonra saxlanılıb. 30 yaşlı cani qadının cinayəti kiçik uşağın anası ilə yaşadığı bir mübahisədən sonra törətdiyi ehtimal edilir. İddiaya görə Vamthala Rasmo adlı qadın əri ilə dava etdikdən sonra qaynının evinə gedib. Bundan sonra evin xanımı qəzəbli qadına evinə qayıtmağı məsləhət görüb. 
Qadının məsləhətinə əsəbiləşən Rasmo onu ölümlə təhdid edərək evdən ayrılıb. Qəzəbləndiyi eltisinin iki uşağını qaçıran cani qadın uşaqlardan birinin boğazını kəsərək qanını içib. 
Hadisə yerindən qaçan uşaqlardan biri kəndə qayıdaraq şahid olduğu hadisəni ailəsinə danışıb. Kəndlilər uşağın dediyi yerə gedəndə artıq hər şey üçün çox gec olub. 
Kiçik uşağın cəsədini görən kəndlilər gözü dönmüş qadını ağaca bağlayaraq polisə xəbər veriblər. Onlar verdikləri ifadədə qadını kiçik uşağın qanını sorarkən gördüklərini iddia ediblər.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …