Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Xəstə təcili yardım çağırdı, köməyə FHN gəldi – Bakıda maraqlı olay

Xəstə təcili yardım çağırdı, köməyə FHN gəldi – Bakıda maraqlı olay

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini 1964-cü il təvəllüdlü Quliyeva Reyhan Məhərrəm qızının səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …