Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Çingiz Abdullayev: 30 milyon nüsxə kitabım nəşr olunub

Çingiz Abdullayev: 30 milyon nüsxə kitabım nəşr olunub

Azərbaycan yazıçılarına göstərdiyi dəstəyə görə prezidentimizə minnətdaram. Azərbaycan respublikasının birinci vitse-prezidentiMehriban Əliyevaya mədəniyyətimizin təşviqinə verdiyi töhfələrə görə təşəkkür edirəm.

Konyak kimi min illiyi olan bir şəhərdə böyük şairəmiz Məhsəti Gəncəvinin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış abidəsini görmək yalnız qurur, fəxr hissi oyadır.

Bunu Azərbaycan Yazıçılar İttifaqının (AYB) katibi, Penklubun prezidenti, bütün dünyada detektiv əsərləri ilə tanınan Xalq yazıçısı Çingiz Abdullayev söyləyib.

O, qeyd edib ki, 32 dildə 30 milyon nüsxə kitabı nəşr olunub:

“Əsərlərim əsasında 10 film çəkilib. 201 kitab yazmışam. Ancaq Jorj Simenon 300 kitab yazıb”.

Yazıçı qeyd edib ki, Türkiyədə beynəlxalq detektiv əsərlər sərgisində əsərləri nümayiş olunub.

Onu da qeyd edək ki, Den Braun, Jon Lö Karre, Jorj Simenon, Kanan Doyl, Edqard Po, Reymond Çandler, Umberto Eko kimi 12 ən yaxşı detektiv yazıçıdan on ikincisi Ç. Abdullayevin adıdır.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …