Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Arxeoloji abidəyə qanunsuz müdaxilə edilib – FOTO

Arxeoloji abidəyə qanunsuz müdaxilə edilib – FOTO

Sentyabrın 22-də Yardımlı rayonu Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidənin ərazisində qazıntı işlərinin aparıldığı aşkarlanıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, naməlum şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidəyə qanunsuz müdaxilə olunması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, tarixi abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …