Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / İctimai Şuranın üzvləri ali məktəbdə imtahanların gedişini izləyib –Lənkəranda

İctimai Şuranın üzvləri ali məktəbdə imtahanların gedişini izləyib –Lənkəranda

Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən İctimai şuranın üzvləri  ali məktəbin hər iki tədris korpusuna baş çəkərək 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini canlı izləyiblər.

Bu barədə Azinforum.az-a LDU-dan məlumat verilib. Şura üzvlərinə  imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb,  mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb,  Operativ Qərargahın işi barədə  ətraflı məlumat verilib.

İmtahanların gedişi və universitetlə əyani tanışlıqdan sonra İctima şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildiriblər,   prosesi əyani izləmək üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər.

Qeyd edək ki, İctimai şuranın üzvlərinə  imtahanların gedişini sessiya boyunca izləmək imkanı yaradılacaq.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …