Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Nazir: “I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb…”

Nazir: “I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb…”

“Azərbaycanda ümumilikdə 618 min əlil var. Onlara verilən müavinətlər mərhələli şəkildə artırılacaq”. 
Azinforum.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əlillərlə bağlı ümumi konsepsiya dəyişdiriləcək:
“Əlillərlə bağlı yeni konsepsiya hazırlanacaq. Bu gün 52 növ sosial müavinət var. Onlar unifikasiya olunacaq. Eyni zamanda, əlillik meyarları dəyişəcək. Çünki I, II, III qrup əlillik sovet vaxtından qalan anlayışdır. Bütün dünyada əlillik əmək qabiliyyətini və ya özünəqulluq qabiliyyətini itirmə faizi ilə müəyyən olunur. Ona görə bu dəyişikliklər ediləcək ki, kimlərə müavinət ödənilsin. Məsələn, bu gün III qrup əlillərə 55 manat məbləğində vəsait ödənilir. Bu müavinətin ödənilib – ödənilmədiyini işçi qrup müəyyən edəcək. Artıq dünya təcrübəsinə uyğun olaraq araşdırma aparılır. Bu çox böyük bir işdir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …