Cümə axşamı , May 2 2024
Ana səhifə / Aktual / İcra başçısı ilə birlikdə güllələnən mühafizəçidən xəbər var -“Gözünün altında şişkinlik qalıb, lakin…”

İcra başçısı ilə birlikdə güllələnən mühafizəçidən xəbər var -“Gözünün altında şişkinlik qalıb, lakin…”

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun səhhəti tam normallaşıb.

Azinforum.az  xəbər verir ki, bunu modern.az-a açıqlamasında Gəncə Beynəlxalq Hospitalından bildiriblər.

Qeyd olunub ki, Q.Aşbazov hazırda Gəncədəki evindədir: “Müayinə üçün Bakıdakı Dünya Göz Xəstəxanasına müraciət etmişdi. Hazırda Gəncədədir. Aldığı güllə yarasından gözünün altında şişkinlik qalıb, görməsində heç bir problem yoxdur. O da bir müddət sonra keçəcək”.

Xəstəxanadan onu da bildiriblər ki, Qasım Aşbazovun ümumi vəziyyətinin müayinə olunması üçün xarici ölkələrdən birinə göndəriləcəyi gözlənilir: “Nəticə etibarilə bir mühafizəçi olaraq həyat qurtarıb. Onun sayəsində özü də, başçı da həyatdadır”.

Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmçinin oxuyun

Hava pisləşir – Temperatur 8 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 ms/, …