Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Deputat Elxan Süleymanov: “Luka Valonte məhkəməni uddu, Azərbaycandakı ermənilərə başsağlığı verirəm…”

Deputat Elxan Süleymanov: “Luka Valonte məhkəməni uddu, Azərbaycandakı ermənilərə başsağlığı verirəm…”

“Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı.

Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı”.

Bu barədə deputat  Elxan Süleymanov KİV-lərə ünvanlanmış müraciətində bildirir.

“Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm”, – deyə E. Süleymanov qeyd edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …