Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.“Report” xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Report”a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Nelli Veysova təyin edilib.

N.Veysova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …