Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat

İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. BTQ dəmiryolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Qeyd edək ki, 2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmiryolu xəttinin Gürcüstan hissəsinin …

Ətraflı oxu »

Avtomobil ehtiyat hissələrinin bahalaşması bazara necə təsir edib? – VİDEO

Son illər avtomobil ehtiyat hissələrinin qiymətlərində kəskin bahalaşma var. Aparılan sorğudan aydın olur ki, ehtiyat hissələri bahalaşsa da, usta qiymətləri demək olar dəyişməyib. Usta Sahil Ağabəyli qiymətlərin stabil qalmasının səbəblərini açıqlayıb. O da bildirilib ki, rəqabət bu cür davam edərsə, hələ bir müddət qiymətlərin artacağı ehtimal edilmir.

Ətraflı oxu »

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, hazırda satışda olan balıqlar ya xarici ölkələrdən, ya da təsərrüfatlardan gətirilir. Ölkəyə balıq daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir. Bununla yanaşı, hazırda yerli təsərrüfatlarda yetişdirilən balıqların da satışı həyata keçirilir. Satıcılar bildirirlər ki, …

Ətraflı oxu »

Azərbaycanda toyuq əti bahalaşacaq? – Proqnoz

Türkiyədə quş ətinin qiymətinin artması ixraca qadağa ilə müşahidə edilir. Ekspertlər bildirirlər ki, məlum proseslərin Azərbaycanda yaşanması ehtimalı azdır. Amma baş verənlər dolayısı ilə qiymətlərə təsir edə bilər.  Türkiyədə toyuq ətinin qiyməti 200 faiz həcmində bahalaşıb. Bunun qarşısını almaq üçün hökumət müəyyən addımlar atmağa başlayıb. Belə ki, Ticarət Nazirliyi quş …

Ətraflı oxu »

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis deyil. “Report” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin büdcə proqnozlarındakı qiymətlə müqayisədə dəyişməsi ilə əlaqədar 2024-cü ilin büdcəsinə yenidən baxılmasını şərh edərkən deyib. “Heç nəyi …

Ətraflı oxu »

Qızıl niyə bahalaşır və bunun bizə hansı təsiri olacaq | TƏHLİL

Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu da təsadüfi deyil: Geosiyasi vəziyyət pisləşəndə həmişə eyni hal müşahidə edilir. Qızıl qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyətin göstəricisi sayılıb və sayılır. Onun ucuz olması bu deməkdir ki, investorlar sərbəst fəaliyyət göstərirlər və ortada onları çəkindirəcək heç nə yoxdur. Qızılın …

Ətraflı oxu »

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov bildirib ki, işğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalını həyata keçirən sahibkarlıq subyektləri dövriyyə vəsaitləri üçün …

Ətraflı oxu »

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir. Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 qəpikdən 9 qəpiyə qədər ucuzlaşıb. Lakin toyuq ətinin qiyməti ucuzlaşmır.  Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası sədri Mürvət Həsənli “Cebhe.info”-ya açıqlamasına bildirib ki, istehlak bazarında satışda olan yumurtalar maya dəyərindən 9 qəpik aşağı satılır: …

Ətraflı oxu »

“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır

Aktivlərinə görə ölkənin ən böyük bankı olan “Kapital Bank” ASC-nin işçilərinin sayı 1 yanvar 2024-cü il tarixinə olan məlumata görə 5 313 nəfər olub.Yeniavaz.com xəbər verir ki, ötən il “Kapital Bank”ın əmək haqqı və mükafatlar üzrə xərci 188 milyon 933 min manat olub.Bu isə o deməkdir ki, “Kapital Bank”da bir işçiyə …

Ətraflı oxu »

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 3 milyon 390 min manat olub.Elm və Təhsil Nazirliyi “Yeni dərslik və metodik vəsaitlərin hazırlanması” üçün 1 milyon 720 min manat, “Peşə təhsili üzrə dərsliklərin …

Ətraflı oxu »