Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Şou Biznes / “Ən birinci utanmalı şəxs mənəm” – Çingiz Abdullayev

“Ən birinci utanmalı şəxs mənəm” – Çingiz Abdullayev

“Oyundan sonra Əsgər Abdullayevlə heç bir görüşüm, söhbətim olmayıb. O, hələ ki, baş məşqçimizdir. Klubdakı taleyinə, növbəti oyuna komandanı kimin çıxaracağına Müşahidə Şurası qərar verəcək”.

Bunu “Qəbələ”yə 1:2 hesablı məğlubiyyətdən sonra “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Xalq yazıçısı baş məşqçi axtarışlarına başlayacaqlarını bildirib. Onun fikrincə, “Neftçi”nin baş məşqçisi adına layiq yaxşı, səviyyəli mütəxəssis olmalıdır: “Ancaq bu, o demək deyil ki, mütləq əcnəbi olacaq. Görürsünüz, Qurban Qurbanov yerli mütəxəssisdir, “Qarabağ” onunla uğurlar qazanır. Əslində Əsgər Abdullayevlə 2015-ci ilin sonunadək anlaşmışdıq. Amma manatın ikinci devalvasiyası və Emil Mpenzaya olan borcumuz üzündən ondan xahiş etdik ki, bir müddət də postunda qalsın”.

“Qəbələ”yə məğlubiyyətdən və AZAL-ın “Xəzər Lənkəran”ı səfərdə 1:0 hesabı ilə yenməsindən sonra “Neftçi” 7-ci pilləyə enib. Ç.Abdullayev bu mövqenin qətiyyən qaneedici olmadığını bildirib: “Komanda indi bu yerdədirsə, ən birinci utanmalı olan insan mənəm. Görünür, mən lazımınca tələbkar olmamışam, günahlarım, səhvlərim olub”. Report.az

Həmçinin oxuyun

Afaq Bəşirqızı: “Mən parka, gəzintiyə həsrətəm” – VİDEO

“Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir”. Moderator.az xəbər verir …

Bir cavab yazın