Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Şou Biznes / Əməkdar artistin vəziyyəti ağırlaşdı

Əməkdar artistin vəziyyəti ağırlaşdı

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə aznews.az-a Binəqədi rayon xəstəxanasının həkimi Rəna Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədoğlu xəstəxanaya kəskin beyin qan dövranı diaqnozu ilə daxil olub: “Aktyor insult keçirib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Huşu aydındır, amma insult keçirdiyindən müalicəyə ehtiyac var”.

R.Mirzəyeva qeyd edib ki, aktyorda sarılıq xəstəliyi də müşahidə olunub:

“Reanimasiyadan sonra o, nevroloji müalicə almalıdır. Sarılıq xəstəliyi ilə əlaqədar qarşılıqlı razılaşma əsasında aktyoru başqa xəstəxanaya köçürmək lazımdır”.

Qeyd edək ki, noyabrın 12-də Ə.Məmmədoğlunun səhhətində problem yaranıb və o, Binəqədi rayon Xəstəxanasına yerləşdirilib.

Həmçinin oxuyun

Xumar Qədimova: “Məndə hər şey təbiidir”

“Süni necə ola bilər ki?! Məndə hər şey təbiidir. Hamısı özümündür. Təbii, Xumar Qədimova dayanıb. Heç …

Bir cavab yazın