Ana səhifə / Şou Biznes / Zakir Qaralov iki rayona yeni prokuror təyin etdi

Zakir Qaralov iki rayona yeni prokuror təyin etdi

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Lənkəran rayon prokuroru Natiq Abdullayev tutduğu vəzifədən azad edilərək Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş prokurorun digər əmri ilə Tovuz rayon prokuroru vəzifəsini icra edən Fəxrəddin Məmmədov Bərdə rayon prokuroru vəzifəsinə təyinat alıb.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın