Ana səhifə / Şou Biznes / “Space”in məhkəməsinin vaxtı açıqlandı – Söyüş videosuna görə

“Space”in məhkəməsinin vaxtı açıqlandı – Söyüş videosuna görə

“Space” televiziyasında “Hər səhər” verilişində canlı yayımda əməkdaş artisr Rəşad İlyasovla müğənni Rüfət Axundovun söyüşlü mahnı oxumasına görə Milli Televiziya və Radio Şurasının müraciəti əsasında məhkəmə başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, MTRŞ bu hadisə barədə İzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması; yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) protokol tərtib edərək məhkəməyə müraciət edib.

Protokola aprelin 24-də hakim Günel Əkbərlinin sədrliyi ilə baxılıb qərar veriləcək.

Qeyd edək ki, məhkəmə MTRŞ-nin müraciətini təmin edərsə, “Space” TV-ni beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə gözləyir.


Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …