Ana səhifə / Şou Biznes / Referendumda nazirlər səs verdi – FOTOLAR

Referendumda nazirlər səs verdi – FOTOLAR

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı nazir və deputatlar da səs verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev səsvermədə iştirak edib.

APA xəbər verir ki, DTX rəisi 20 saylı Nərimanov II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.

Rabitə və İnformasiya Texnologiyaları naziri Ramin Quluzadə də eyni məntəqədə səsvermə hüququndan istifadə edib.

İqtisadiyyat naziri Şahin Mustafayev isə qeydiyyatda olduğu 21 saylı Nəsimi birinci seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs verib.



Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın