Çərşənbə , May 29 2024
Ana səhifə / Şou Biznes / Ramil Usubov Bakı polisini gücləndirilmiş iş rejiminə keçirdi – VİDEO

Ramil Usubov Bakı polisini gücləndirilmiş iş rejiminə keçirdi – VİDEO

İyunun 15-dən Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə ANS TV-nin efirində daxili işlər naziri Ramil Usubov bildirib.

Onun sözlərinə görə, məqsəd Bakıda keçiriləcək “Formula-1” yarışlarında təhlükəsizliyin təmin edilməsidir: “Yarışın keçirildiyi yerdə təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin 3 minə yaxın əməkdaşı cəlb edilib. Bu 3 min adam yarış zonasında olacaq. Amma paytaxtda yarış günlərində təhlükəsizliyin təmin edilməsi üçün bütün Bakı qarnizonu cəlb edilib”.

Ramil Usubovun sözlərinə görə, həmin əməkdaşların bir hissəsi xüsusi geyimdə olacaq. Konkret olaraq, minə yaxın əməkdaş xüsusi zirehli jiletlər geyinəcək, fərqləndirici geyimdə olacaq.

Daxili işlər naziri “Formula-1” yarışlarına tamaşa etmək üçün gələcək vətəndaşlara tövsiyə də verib: “Tamaşa meydançalarına kəsici alətlər, tez alışan vasitələr, vətəndaşlara xəsarət yetirə biləcək bərk maddələr gətirmək olmaz. Kiçik qablarda su və şirə gətirmək olar, amma bunlar şüşə yox, plastik qablarda ola bilər”.

Həmçinin oxuyun

Xuraman Şuşaya köçə bilmir: İcra hakimiyyətinə müraciət etdi

Artıq Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanıb.  Şuşa şəhərinə köçən ailələr çoxmənzilli binalarda …

Bir cavab yazın