Bazar ertəsi , May 6 2024
Ana səhifə / Şou Biznes / Prezident Rəfiqə Əliyevanın qırx mərasimində iştirak edib – FOTOLAR

Prezident Rəfiqə Əliyevanın qırx mərasimində iştirak edib – FOTOLAR

İyunun 15-də Heydər Məscidində tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın qırx mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub.

Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib. Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.

Həmçinin oxuyun

Xumar Qədimova: “Məndə hər şey təbiidir”

“Süni necə ola bilər ki?! Məndə hər şey təbiidir. Hamısı özümündür. Təbii, Xumar Qədimova dayanıb. Heç …

Bir cavab yazın