Ana səhifə / Şou Biznes / Oksanadan qalmaqallı etiraf: “Elşadın adını eşitmək istəmirəm, Nura ilə dostluq etmərəm” – VİDEO

Oksanadan qalmaqallı etiraf: “Elşadın adını eşitmək istəmirəm, Nura ilə dostluq etmərəm” – VİDEO

Hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulovanın sənət yoldaşları ilə bağlı verdiyi yeni açıqlamalar maraqla qarşılanıb.
ATV telekanalında yayımlanan “7 canlı” proqramında qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.
Zərfdən çıxan “Onunla bağlı heç nə eşitmək istəmirəm” sözlərinə cavab olaraq, Oksana monitorda fotosu əks olunan keçmiş həyat yoldaşı, repçi Elşad Xosenin adını çəkib.
Növbəti zərfdə yazılan “Onunla bir də dostluq etmərəm” ifadəsini şərh edən aktrisa müğənni Nura Surinin adını səsləndirib.
Verilişin aparıcısı Vüsalə Əlizadənin “Niyə?” sualını O.Rəsulova belə cavablandırıb:
“Mən Nura ilə heç vaxt dost olmamışam. Heç vaxt da istəmərəm ki, onunla dostluq edim.
Şou-biznesdə yaxın dostum varsa, o da müğənni İlhamə Qasımovadır”.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …