Ana səhifə / Şou Biznes / Nüşabə Ələsgərlinin polisə çağırılması xəbərinə REAKSİYA

Nüşabə Ələsgərlinin polisə çağırılması xəbərinə REAKSİYA

Bəzi xəbər saytlarında “Nüşabə Ələsgərli “reketlik” edir? – Polisə çağırılan müğənni sərbəst buraxılıb”, sərlövhəli yazı dərc olunub.

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi polis mayoru Elşad Hacıyev Unikal.org-a açıqlama verib.

Qurum rəsmisi bildirib ki, yazıda iddia olunan müğənni Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında həmkarı Nüşabə Ələsgərlinin Nəsimi rayonu Polis İdarəsinə dəvət olunması ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir.

E.Hacıyev qeyd edib ki, həmin şəxslərə bağlı rayon polis idarəsinə hər hansı müraciət daxil olmayıb, adı çəklən şəxslərdən heçkim idarəyə dəvət olunmayıb.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …