Ana səhifə / Şou Biznes / Murat Boz azərbaycanlı çobanı yarışmadan çıxartdı – ( VİDEO, FOTO )

Murat Boz azərbaycanlı çobanı yarışmadan çıxartdı – ( VİDEO, FOTO )

İfaları ilə məşhurlaşan azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti tura keçə bilməyib.

Musavat.com bildirir ki, bu gün yarışmanın 3-cü turu üçün seçim edilib. Murat Bozun komandasında çıxış edən Pərviz Səfərov “Değme benim gamli yaslı gönlümə” adlı türk mahnısını ifa edib. Sonda seçim zamanı Murat Boz həmyerlimizi seçməyib. Beləliklə, çoban ifaçı kimi məşhurlaşan Pərvin Səfərov yarışmadan uzaqlaşdırılıb.

İfaçı vida sözünü deyərək, “O səs Türkiyə” yarışmasının münsiflər heyətinə, “Acun Media”ya öz təşəkkürünü bildirib:
“Bu yarışmada iştirak etmək mənim ən böyük xəyalım idi. Gözlənilmədən bu yarışmadan dəvət aldım və iştirak etdim. Burada çoxlu dostlar qazandım”.

Xatırladaq ki, Pərvin Səfərov “O səs Türkiyə” yarışmasının iki mərhələsində bütün münsifləri özünə heyran etmişdi.

90f234b2-62a8-42aa-9aee-92b6f02646a7 (1).jpg (77 KB)

 

Həmçinin oxuyun

“Kişilər qadınlardan pis qeybət edirlər” – Afaq Bəşirqızı

“Kişilər qadınlardan pis qeybət edirlər”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov …