Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Müğənnini alçaltmaq, onun savadsızlığını tənqid obyektinə çevirmək nəyə lazımdır?”

“Müğənnini alçaltmaq, onun savadsızlığını tənqid obyektinə çevirmək nəyə lazımdır?”

“Bir var peşəkar, bir də var özfəaliyyət. Savad həmişə hər yerdə lazımdır. İstər juralistika, istər müğənnilik sahəsində peşəkarlıq öndə olmalıdır”

Bunu Moderator.az– a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib:


“Bəzən deyirlər ki, vaxtilə görkəmli sənətkarlarımız, məsələn, Cabbar Qaryağdıoğlu da universitet bitirməmişdi, savadı yox idi. Lakin buna baxmayaraq, bir universitet müəlliməsi kimi həmişə savadın tərəfdarıyam. Əgər müğənni gözəl oxuyursa və üstəlik savadı da varsa, bu çox yaxşı haldır. 


Qaldı ki, müğənninin alimi və yaxud kimisə tanımamağına, əvvəla qınayıram ki, jurnalist müğənniyə bu barədə sual verib, onu pis vəziyyətə salmaq istəyir. Hər halda, jurnalist müsahibə edəndə bilir ki, müğənninin savadı nə qədərdir və ona alimdən sual verməsi doğru deyil. Bu sualı peşəkar, savadlı musiqiçilərə vermək olar. Həmin müğənnini alçaltmaq, onun savadsızlığını tənqid obyektinə çevirmək nəyə lazımdır”. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …