Ana səhifə / Şou Biznes / İtkin neftçilərdən birinin meyiti Türkmənistan sahillərində tapıldı

İtkin neftçilərdən birinin meyiti Türkmənistan sahillərində tapıldı

Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb.

Bu barədə virtualaz.org-a Bakının Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.

Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi. Dərhal görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas olunmuş, sonradan 8 nəfərin meyiti tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər itkin düşmüş hesab edilir.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın