Şənbə , May 11 2024
Ana səhifə / Şou Biznes / Gənclik Mall-ın qarşısında dilənçi rəzaləti (Fotolar, video)

Gənclik Mall-ın qarşısında dilənçi rəzaləti (Fotolar, video)

Oxucular hadisəni çəkib yollayır – dilənçilər əcnəbi vətəndaşları necə abırdan salır? 
Musavat.com saytının yeni yaradılmış “Votsap xəbərləşmə” xəttinə bu dəfə də “Gənclik Mall” ticarət mərkəzinin qarşısındakı dilənçi terroru ilə bağlı xəbər yollayıblar. Əhali ticarət mərkəzindən çıxan kimi onların arxasınca düşən, israr edən biri dilənçi, digəri salfet kağız satıcısı olan qadından şikayət edirlər. Musavat.com xəbər verir ki, saytımıza məlumat yollayan oxucular dilənçi heyətinin ən yaxşı halda 2, ən pis halda isə 5-6 nəfərdən ibarət olduğunu deyir. Onlar ticarət mərkəzindən çıxan insanları yolboyu təqib edir, pul vermələri üçün yalvarır, israr edirlər. Bir çox hallarda dilənçilərdən qurtulmaq istəyən, amma buna nail ola bilməyən insanlar çox pərt vəziyyətə düşürlər.
Məlumatda həmçinin qeyd olunur ki, dilənçilər daha çox əcnəbi vətəndaşları görəndə israrın dozasını artırır. Onlar düşünür ki, əcnəbi ona mütləq kiçik də olsa, bəxşiş verəcək. Əhali, eləcə də orda ticarətlə məşğul olan şəxslər vəziyyətin düzəlməsi üçün müvafiq qurumlara şikayət etsələr də, bunun hər hansı nəticəsi olmadığını deyirlər.
****



Həmçinin oxuyun

Müğənni Ziba Osmanlı qəza törətdi – 16 yaşlı qız yaralandı

Suraxanı rayonunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.  Mayın 8-də Suraxanı rayon ərazisində …

Bir cavab yazın