Ana səhifə / Şou Biznes / “Evlənmək istəyən gənclərə bir məsləhətim var: Toydan əvvəl…”

“Evlənmək istəyən gənclərə bir məsləhətim var: Toydan əvvəl…”

Bir neçə gündür ki, Azərbaycanda qohum evliliyinin qadağan olunması ilə bağlı fikirlər irəli sürülür. Bəzi şəxslər bunun normal olduğunu düşünsə də, elə adamlar da var ki, qohum evliliyini qəti şəkildə qınayırlar. Hətta bildirirlər ki, əsas günahkar analardır. Çünki onlar yad qızını evində saxlayıb, ona çörək vermək əvəzinə doğma bacı-qardaşı qızını gəlin olaraq seçirlər. 

Bəs bu iddialar nə dərəcədə doğrudur? Həqiqətənmi analar övladlarının taleyilə oynayırlar?

Aktual olan bu problemlə bağlı Əməkdar artist Mehriban Xanlarova “Yeni Sabah”a öz fikirlərini bildirib: 

“Hazırkı dövrdə bütün dünya SMA xəstəliyi ilə mübarizə aparmağa davam edir. Bu xəstəliyin səbəbi isə tam olaraq sözügedən mövzudur. Qohum evliliyi yenicə dünyaya göz açan uşaqları bu xəstəliyə düçar edir. Axı nəyə görə, günahsız bir körpənin həyatı bu səbəblərdən dolayı puç olmalıdır?” 

Əməkdar artist bu məsələnin əleyhinə olduğunu vurğulayıb:

“Yaratdığı fəsadlara görə mən qohum evliliyinin qəti şəkildə əleyhinəyəm. Ümumiyyətlə, bəzi oğlan anaları fikirləşir ki, bu mənim bacım qızıdır, qardaşım qızıdır oğluma alım ki, özününküdür qocalanda mənə baxar. Bu isə çox absurd yanaşmadır. İnsanın daxilində pis bir xüsusiyyət varsa, bu qohumluğa, tanışlığa baxmır. Pis adam həmişə, hər yerdə və hər vaxt pisdir. Ailə quran gənclərimizə vacib bir tövsiyəm var. Evlənməyə hazırlaşırsınızsa, mütləq gedib tibbi yoxlanışdan keçin. Bütün məlumatlar barədə öncədən xəbərdar olun. Sonradan bir-birinizin başına vurmayın ki, sənin filan xəstəliyin vardı amma məndən gizlətmisən”.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …