Çərşənbə , May 8 2024
Ana səhifə / Şou Biznes / “Efirdə deyim ki, ayrılmışıq, sən də hədiyyə göndər barışaq” – Nazilədən atmaca

“Efirdə deyim ki, ayrılmışıq, sən də hədiyyə göndər barışaq” – Nazilədən atmaca

Tanınmış şairə Nazilə Səfərli “instagram” hasabında maraqlı paylaşım edib.

O, video paylaşaraq həmkarlarının hərəkətlərini məsxərəyə qoyub.

Həmin anları görüntüləyib paylaşan Nazilə bu sözləri deyib:

“Evdə kişiyə dedim ki, gəl gündəm-gündəm oynayaq. Mən çıxım efirdə deyim ki, biz ayrılmışıq, sən də sonra hədiyyə zad göndər barışaq. O da dedi ki, gör ayın axırına nə qədər var? Maaşı haçan alaram, onda verərəm hədiyyəni. İndidən küsürsənsə küs, amma hədiyyən ayın axırı gələcək. Mən küsə də bilmirəm, gündəm-gündəm də oynaya bilmirəm. Mənim axırım nə olacaq?”

Xatırladaq ki, iki gün öncə Vəfa Şərifova həyat yoldaşından ayrıldığını açıqlamışdı. Daha Sonra “Tarixin bir günü” verilişinə qonaq olan Vəfaya hədiyyə çiçək gəlib.

Azxeber.com

Həmçinin oxuyun

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Bakupost.az xəbər …