Ana səhifə / Şou Biznes / Cahangir Hacıyevi kurorta göndərirlər? – Rəsmi reaksiya

Cahangir Hacıyevi kurorta göndərirlər? – Rəsmi reaksiya

Uzun müddətdir ki, Azərbaycan kütləvi informasiya vasitələri Beynəlxalq Bankın məhkum olunmuş sabiq başçısı Cahangir Hacıyevin həbsxanada üstün şərtlərdə saxlanıldığı barədə xəbərlər verirlər. Haqqin.az-ın bu gün dərc edilən “Hörümçəklər və Banklar” adlı məqaləsində də bildirilirdi ki, keçmiş bankir üçün 6 saylı cəzaçəkmə müəssisəsində rahat yaşayış üçün hər cür şəraiti olan xüsusi “ev” tikilir.

Azərbaycan Ədliyyə Nazirliyi bu məqalədə göstərilənlərə bəyanatla cavab verərək bildirib ki, Cahangir Hacıyevin saxlanılması üçün rahat şəraitin yaradılması barədə məlumatlar həqiqətə uyğun deyil.

“Nə adı çəkilən məhbus, nə də digərləri üçün hüç bir güzəştli və üstün şərait yoxdur və ola da bilməz. Bu məlumat həqiqəti əks etdirmir. Bütün məhkum olunanlar mövcud qanunvericiliyin tələblərinə uyğun saxlanılırlar”, – haqqın.az-ın redaksiyasına Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş məlumatda belə deyilir.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın