Ana səhifə / Cəmiyyət / “Münasibətimiz olduqca isti olub” – Qalmaqallı direktor

“Münasibətimiz olduqca isti olub” – Qalmaqallı direktor

Bir neçə gündür ki, ölkə mətbuatının gündəminə çevrilən Şəmkir kənd məktəbində baş verən pornovideo qalmaqalı ilə bağlı yeni xəbər var.

Azinforum.az xəbər verir ki, məktəbin direktoru Akif Namazov musavat.com-a açıqlama verərək barəsində ağır ittihamlar səsləndirdiyi laborantı Xatirə Əliyevadan və onun həyat yoldaşından üzr istədiyini deyib.

Direktorun sözlərinə görə, ittihamları anlaqsız vəziyyətdə olarkən deyib: “Açıqlamalarımda Xatirə xanımın şərəf və ləyaqəti haqqında özümdən asılı olmayaraq bəzi sözlər dedim. Həm də mən bir az xəstə adamam, dərman içirəm, özləri bilir. Həm də tələm-tələsiklik oldu, heç bilməmişəm zəng hardan gəlib, necə olub, kimdir mənimlə danışan. Başımı qaldırdım ki, belə qalmaqal olub, yəni işin mahiyyətini bilməmişəm. Özümdə olmamışam. Xatirə Əliyeva mənim ən yaxın və ən yaxşı işçim olub. Özündən soruşa bilərsiz ki, bizim aramızda tük qədər inciklik, narazılıq olmayıb. Münasibətimiz olduqca isti, yaxşı olub. Bu Allaha da əyandır, bütün kollektivimiz də bilir. Ümumiyyətlə, Azərbaycanımıza layiq olmayan şeylər lazım deyil. Ailə məsələsi var burda. Onun gözəl ailəsi var. Dediyim o ittihamlar hamısı bitib, arxada qalıb. Çox xahiş edirəm, onların hamısını saytlardan siləsiz”.

Onun sözlərinə görə, işdən çıxartdığı laborant yenidən işinə bərpa olunacaq, ki, aradan narazılıq götürülsün: “Xatirə xanımın özündən də, həyat yoldaşından da üzürxahlıq etmişəm… Sonra orda demişdim ki, polisə pul verib canlarını qurtarıblar. Polis çox yaxşı insandır. Bilmirəm indi onu demişəm ya yox, çalışın onlar da silinsin. Amma elə şey olmayıb. Allah şeytana lənət eləsin”.

Akif Namazov işdən çıxarılmadığını, hələ də öz vəzifəsində çalışdığını vurğulayıb.

Xatırladaq ki, bu günlərdə Şəmkir rayonu Aşağı Seyfəli kənd məktəbinin laborantı Xatirə Əliyeva musavat.com-a müraciət edərək məktəbin direktorunu rüşvətxorluqda ittiham etmiş, şantaj yolu ilə işdən çıxarıldığını bildirmişdi. İttihamlara cavab olaraq məktəb direktoru Akif Namazov onu pornovideo qalmaqalıyla bağlı işdən çıxartdığını demişdi.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın