Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Şou Biznes / Cahangir Hacıyev üçün evdən aparılan yemək qəbul edilməyib

Cahangir Hacıyev üçün evdən aparılan yemək qəbul edilməyib

Vəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

O, C.Hacıyev barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni Bakı Apelyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs-qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

Xatırladaq ki, C.Hacıyev CM-in 178.3.2 (dələduzluq – xüsusilə iri məbləğdə törədildikdə) və 179.3.2-ci (iri məbləğdə mənimsəmə) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”

“Qənaət etmək də lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki”. Bu sözləri “Elgizlə izlə” …

Bir cavab yazın