Ana səhifə / Şou Biznes / Baş Prokurorluğa 10-dan çox yoxlama materialı göndərib – Hesablama Palatası

Baş Prokurorluğa 10-dan çox yoxlama materialı göndərib – Hesablama Palatası

Hesablama Palatasının (HP) fəaliyyətinin səmərəli təşkili məqsədilə müxtəlif sahələri əhatə edən 30-a yaxın qayda işlənib-hazırlanıb və qurumun kollegiyasında təsdiq edilib. Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib.
Onun sözlərinə görə, bu gün HP-nın sayəsində dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin ümumi məbləği Palatanın saxlanılmasına sərf edilmiş büdcə vəsaitləri ilə müqayisədə dəfələrlə çoxdur: “Müqayisə üçün deyək ki, bu sahədə yalnız inkişaf etmiş ölkələrin ali audit orqanları daha yüksək göstəricilərə malikdir”.
V.Gülməmmədov onu da qeyd edib ki, HP fəaliyyət göstərdiyi 15 il ərzində korrupsiya hüquqpozmaları və maliyyə pozuntuları müəyyən edilmiş 10-dan çox yoxlama materialını Baş Prokurorluğa göndərib. (Report)

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın