Şənbə , May 11 2024
Ana səhifə / Şou Biznes / Bakıda turizm şirkətindən şok təklif: həbsxanada bir gecə…

Bakıda turizm şirkətindən şok təklif: həbsxanada bir gecə…

Bakıda yerləşən turizm agentliklərindən biri maraqlı turpaket təşkil edir.

Şirkət ənənəvi səyahət paketlərindən sıxılanlara xarici ölkələrdə yerləşən həbsxanalarda bir gecəlik turpaketlər təklif edir. Belə ki, fərqlilik axtarışında olanlar bu təklifi dəyərləndirə biləcək. Turizm agentliyinin təklifində yalnız təkbaşına səyahət şərti qoyulub.

“Eyni tərz səyahətlər darıxdırıcı gəlir? O zaman Sizi 5 ulduzlu otelə deyil, tək başına xaricdəki həbsxanada gecələməyə yollayırıq. Ətraflı plan cızmaq üçün ofisimizdə yolunuzu gözləyirik”, – deyə agentliyin elanında deyilir.

Qeyd edək ki, bu qeyri-adi səyahət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təklif əksər insanların diqqətini çəkə bilib. (baku.ws)

Həmçinin oxuyun

Müğənni Ziba Osmanlı qəza törətdi – 16 yaşlı qız yaralandı

Suraxanı rayonunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.  Mayın 8-də Suraxanı rayon ərazisində …

Bir cavab yazın