Çərşənbə , May 8 2024
Ana səhifə / Şou Biznes / Bakıda rəqqasə pulunu ala bilmədi, polisə şikayət etdi

Bakıda rəqqasə pulunu ala bilmədi, polisə şikayət etdi

Bakıda rəqqasə polisə şikayət edərək onu rəqs etməyə dəvət edən iki kişidən pulunu ala bilmədiyini deyib.

“Qafqazino” xəbər verir ki, şəhər sakini, 33 yaşlı Sona Heydərova bildirib ki, martın 1-i gecə saat 4 radələrində onu Akademik Həsən Əliyev küçəsində yerləşən çay evlərindən birinə dəvət ediblər.

Orada Yevlax rayon sakinləri – 36 yaşlı Şahlar Musayev və 28 yaşlı Coşqun Məmmədovun istəyi ilə rəqs edib.

S.Heydərova rəqs etdikdən sonra həmin şəxslərin xidmət haqqı olan 750 manat pulu vermədiklərini bildirib.

Müraciətlə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Bakupost.az xəbər …