Ana səhifə / Şou Biznes / Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi -FOTO

Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi -FOTO

İsayev Elcan Sabir oğlu ADAU-nun builki tədris ilinin ən gəc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır.

Lent.az-ın məlumatına görə, ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.

Qeyd edək ki, “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.

Əlavə olaraq onu da qeyd edək ki, 2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyent – Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın