Ana səhifə / Şou Biznes / Azərbaycan diplomatı çanta biznesinə girdi

Azərbaycan diplomatı çanta biznesinə girdi

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunda (DƏ-İKGF) Azərbaycanı təmsil etmiş gənc diplomat Türkiyədə çanta biznesi  açıb.

Virtualaz.org “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Nabat Qaraxanova İtaliyanın tanınmış brendlərindən olan qadın əl çantalarının distribütorluğunu həyata keçirən “Mezo Moda” şirkətinin qurucularından biridir.

Nabat Qaraxanova diplomat ailəsində doğulub, Türkiyənin Qalatasaray Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Özünün dediyi kimi 5 dil bilir, moda həvəskarıdır və İslam Konfransı Təşkilatının Gənclər Forumundakı işindən ayrıldıqdan sonra biznes qurmağı qərara alıb.

Onun təsisçilərindən olduğu “Mezo Moda” şirkəti İtaliyanın son vaxtlar xeyli məşhurlaşan qadın əl çantaları brendi “O bag”ın Türkiyədəki distribütorluğunu həyata keçirir. “O bag” İtaliyanın “Full Spot” şirkətinin markasıdır. Dünyanın 50 ölkəsində yayılıb və bu markanı Türkiyəyə ilk gətirən Nabat Qaraxanova olub. Onun şirkəti markanın Azərbaycan və Gürcüstandakı təmsilçilik hüququnu da əldə edib. Qaraxanova Türkiyədə ilkin mərhələdə bu çantaları satmaq üçün 20 mağaza açmağı planlaşdırır.

İnternet resuruslarında Qaraxanovanın barəsində geniş məlumat yoxdur. Ancaq onun adı AzərTAC-ın 2012-ci ildə “Xocalıya ədalət” kampaniyası çərçivəsində İstanbulda keçirilən rəsm və foto sərgisindən hazırladığı reportajda keçir. Həmin tədbirdə İKT Gənclər Forumunun təmsilçisi kimi Nabat Qaraxanova və Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, habelə Bakıdan gedən bir sıra rəsmilər və ictimai xadimlər iştirak ediblər.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın