Şənbə , May 11 2024
Ana səhifə / Şou Biznes / Azəriqaz işçilərinə mühüm xəbərdarlıq

Azəriqaz işçilərinə mühüm xəbərdarlıq

İşəgötürənlə əmək müqaviləsi bağlayarkən diqqətli olun, sizi çox rahatlıqla işdən azad edə bilərlər.

Axar.az xəbər verir ki, bu fikirlərlə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Hüquq müdafiəçisi Azəriqaz  işçilərini əmək müqaviləsi imzalayarkən daha diqqətli olmağa çağırıb:

“Azəriqaz işçilərinin nəzərinə çatdırıram ki, işəgötürənlə əmək müqaviləsi bağlayarkən, müqaviləni diqqətlə oxuyub sonra qol çəkin. Həmin müqavilədə yazılmış: “İşçi təqaüd yaşına çatdığı halda, bir ay qabaq xəbərdarlıq olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilir” bəndi işçinin hüququnun məhdudlaşdırılmasıdır.

Əmək qanunvericiliyində belə bir maddə yoxdur. Siz belə əmək müqaviləsinə qol çəkdiyiniz halda işəgötürən sizi çox rahatlıqla işdən azad edir”.

Həmçinin oxuyun

Müğənni Ziba Osmanlı qəza törətdi – 16 yaşlı qız yaralandı

Suraxanı rayonunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.  Mayın 8-də Suraxanı rayon ərazisində …

Bir cavab yazın