Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Şou Biznes / AMEA-nın ümumi yığıncağına Ramiz Mehdiyev də qatılıb – FOTO

AMEA-nın ümumi yığıncağına Ramiz Mehdiyev də qatılıb – FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

Yığıncaqda AMEA-nın prezidenti Akif Əlizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, komitə sədrləri və başqa qonaqlar iştirak edir.

Tədbirdən öncə Akif Əlizadə və Ramiz Mehdiyevin rəhbərliyi ilə qonaqlar akademiyanın fəaliyyətini əks etdirən elmi-nailiyyətlər sərgisi ilə tanış olublar. Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, bu il AMEA-nın ümumi yığıncağı 2 dəfə – aprelin 28-i və mayın 2-də keçiriləcək. Mayın 2-də olacaq AMEA-nın Rəyasət Heyətində baş tutacaq Ümumi yığıncaqda isə AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək. (APA)

Həmçinin oxuyun

Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”

“Qənaət etmək də lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki”. Bu sözləri “Elgizlə izlə” …

Bir cavab yazın