Ana səhifə / Şou Biznes / “Allah mənə iki dəfə qapaz vurub” – Əməkdar artist

“Allah mənə iki dəfə qapaz vurub” – Əməkdar artist

“Dünyaya bir də gəlsəydim, yenə müğənni olardım”.

Bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan “7 Canlı” verilişində qonaq olarkən deyib.

Müğənni səhnəsiz yaşaya bilməyəcəyini vurğulayıb: “Bilirsiniz, bir də görürsən ki, yaradan birbaşa iki qapaz vurur, həm övladını əlindən alır, həm səhnəni. Mənə iki qapaz vuruldu, amma məni yaşadan sizlər oldunuz, sizlərin sevgisi oldu. Boynuma alıram, səhnəsiz qala bilmərəm. Mən səhnəni də övladım qədər sevirəm. Buna görə heç kəs məni qınaya bilməz. Hamı da sevinir ki, mən musiqiyə qayıtmışam. Mən özüm bilərəm, dərdi necə çəkirəm”.

Xatırladaq ki, xanım sənətçinin oğlu 2018-ci ildə uzun sürən beyin xərçəngindən dünyasını dəyişib. Z.Abdullayeva oğlunun vəfatından sonra ifalarına ara vermişdi. O, noyabr ayından etibarən yenidən səhnə fəaliyyətini bərpa edib.

[/youtube]

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …