Ana səhifə / Sosial / “Xadimə işini də bir qadına çox görürlər…” – Video

“Xadimə işini də bir qadına çox görürlər…” – Video

İmişli rayonunun Yuxarı Qaralar kənd sakini Zamilə Hacıyeva boşanıb və iki qızını dolandırmaq üçün bazarda ispanaq satır.
Bu barədə “Hamam Times”ın hazırladığı reportajda bildirilir.
Z. Hacıyeva deyir ki, 2010-cu ildə ailə həyatı qursa da, məişət zorakılığına məruz qaldığı üçün boşanıb. O bildirir ki, hazırda iki övladı ilə özünün tikdiyi evdə yaşayır, lakin keçmiş həyat yoldaşı uşaqlara görə aliment ödəmir.
Hacıyeva 2021-ci ildə Dost Mərkəzinə müraciət edərək xadimə işinə düzəlib. 325 manat əmək haqqı alaraq övladlarını dolandırıb. Amma iki il sonra ona müqavilənin bitməsini əsas gətirərək işdən azad ediblər:
“Ağladım ki, bəs mən bu uşaqları nə ilə saxlayım? Dedilər ki, get, təzədən qeydiyyata düş, gəl. Getdim, qeydiyyata düşdüm. 4 dəfə getdim, Ceyhun müəllimi öz yerində tapmadım. Axırıncı dəfə gedəndə görə bildim. Heç adam fikir vermir. Deyir ki, iş yoxdur. Necə iş yoxdur ki, imkanlılar, altında maşını olanlar gedib orada işləyir? Elə harada yetim-yesir var, beləcə başsız qaınlar var, onları işdən çıxarırlar?” – Z. Hacıyeva bildirir.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …