Cümə , İyul 19 2019
Ana səhifə / Sosial / Tofiq Zülfüqarov Lavrovun Bakı səfərinə nikbin yanaşmadı…

Tofiq Zülfüqarov Lavrovun Bakı səfərinə nikbin yanaşmadı…

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik aktivliyin artması danışıqlarda hansısa irəliləyişə nail olunacaq demək deyil”

Bunu AzVision.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərini şərh edərkən deyib.

Eks-nazir bildirib ki, son günlər Rusiya tərəfindən səsləndirilən bəyanatlar heç də nikbinliyə əsas vermir: “Münaqişənin həllində irəliləyişin olması haqda danışmaq hələ tezdir. Maraqlı müzakirələrin getdiyi bildirilir. Nəticəni gözləyək”.

T.Zülfüqarov vurğulayıb ki, əgər danışıqlar həqiqətən uğurla gedirsə, bundan sonra ikinci mərhələ, konkret sənədlərin, sazişlərin müzakirəsi prosesi başlayacaq. Onun sözlərinə görə, proses bu mərhələyə gəlib çatdıqdan sonra ciddi fikir bildirmək olar. Hələlik niyyətlərdən söhbət gedir.

Sabiq XİN rəhbəri danışıqlar prosesi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinin vacib olduğunu vurğulayıb: “Təəssüflər olsun ki, danışıqların gedişi ilə bağlı çox az məlumat verilir. Erməni tərəfi bundan sui-istifadə edir. Ermənistanda müxtəlif fikirlər söylənilir, düşmən tərəfi öz mövqeyini danışıqların nəticəsi kimi göstərir. Bu istiqamətdə Azərbaycan daha aktiv olmalıdır”.

Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın