Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Tahir Rzayev: “Bir çox orqanların işçilərinin maaşları deputatlarınkından xeyli yüksəkdir..”

Tahir Rzayev: “Bir çox orqanların işçilərinin maaşları deputatlarınkından xeyli yüksəkdir..”

“Deputatların maaşlarının artırılması ilə bağlı hər hansı məsələ gündəmdə yoxdur. Bu, dövlət büdcəsi layihəsinin müzakirəsində də aydın ifadəsini tapıb. Əlavə əməkhaqqı barədə elə bir yenilik müşahidə olunmur. Deputatların əməkhaqlarının yüksək olması çoxlarına qəribə görünür, halbuki bir çox təşkilatlar, orqanlar var ki, onların işçilərinin əməkhaqqı deputatlarınkından xeyli yüksəkdir…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat əlavə edib: “Deputatların əməkhaqlarının artırılması barədə fikirlər reallığa əsaslanmır. Sözsüz ki, deputatlar aşağı miqdarda əməkhaqqı alanlardan fərqlənirlər. Bu da təbiidir. Çünki deputatlar xalqı təmsil edirlər, xarici ölkələrə səfərlərə gedirlər, tez-tez regionlarda olurlar, insanlarla görüşürlər, bir sıra tədbirlərin iştirakçılarıdırlar. Buna görə də deputatlar müəyyən qaydada fərqlənməlidirlər. İstər mənəvi, istərsə də bilik, dünyagörüşü və digər baxımdan öz sözlərini deməyi bacarmalıdırlar”.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …