Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb.
Sakinlər yay-qış su daşımaq məcburiyyətindədir.
Onların sözlərinə görə, bir neçə ildir ki, bulaqların suyu quruyub.
Ona görə də qəsəbə sakinləri suya olan tələbatlarını yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.
Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Su kanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Rufət Qurbanov bildirib ki, Şəhriyar qəsəbəsinin təchizatı və kanalizasiya şəbəkəsinin layihəsi hazırlanıb və adiyyəti qurumlara təqdim olunub. Layihənin gələn ilin dövlət proqramına salınması nəzərdə tutulub.
Daha ətraflı süjetdə:
Həmçinin oxuyun
Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …