Ana səhifə / Sosial / Sürücülərə şad xəbər: Magistral yolda yeni geridönmə hissəsi yaradıldı – FOTO

Sürücülərə şad xəbər: Magistral yolda yeni geridönmə hissəsi yaradıldı – FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə yeni geridönmə hissəsi yaradılıb.

“Azəravtoyol” ASC-dən Moderator.az-a verilən məlumata görə, geridönmə hissəsi Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.

Yeni geridönmə hissənin eni 30 metr, uzunluğu isə 70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geridönmə hissədə 375 m2 təhlükəsizlik adacağı qurulub.

Yeni geridönmə səbəbindən yolun həmin ərazisində hər bir istiamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq 200 və 500 metr uzunluğunda, 4.5 metr enində yol genişləndirilib.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …