Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? – Video

Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? – Video

Sosial şəbəkələrdə rəsmi satış qiymətindən çox ucuz mobil internet paketlər təklif edilir.

Bəzi istifadəçilər xüsusi nömrələr təqdim edir ki, bu nömrələrə sahib olduqdan sonra baha aldığımız internet paketləri daha ucuz əldə etmək mümkün olur.

Bəs bu nömrələrin digərlərindən fərqi nədir?

Satış menecerləri bildiriblər ki, sözügedən nömrələr VÖEN-ə bağlı olur və onları yalnız hüquqi şəxslər istifadə edə bilərlər.

Həmçinin qeyd edilib ki, korporativ nömrələrin internet sürətləri bir megabitdir. Digər nömrələrdə isə bu, 0,5 və ya 0,6-ya yaxın olur.

Bəs sosial şəbəkələrdə təklif edilən korporativ nömrələr digər şəxslərə satıla bilərmi?

Ekspertlər bildiriblər ki, bu, mümkün deyil. Korporativ nömrələr yalnız hüquqi şəxslərə satılmalıdır.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …