Ana səhifə / Sosial / “Sauna tikintisi sifariş edilməyib” – Prezidentin İşlər İdarəsi

“Sauna tikintisi sifariş edilməyib” – Prezidentin İşlər İdarəsi

“Turan İnformasiya Agentliinin iyulun 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Bakıda sauna, uşaq bağçası və ofis sahəsi tikintisi sifariş verməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil. 

Bu ilin mayın 22-də qəbul otağı, kafe, camaşırxana, idman qurğusu və digər köməkçi obyektlərin yerləşəcəyi ikimərtəbəli qeyri-yaşayış binasının inşası dövlət icazə orqanları ilə razılaşdırılıb”.

Bunu Prezidentin İşlər İdarəsində Turan-a bildiriblər.

Qeyd olunub ki, 2017-ci ildə “Sosial Mənzil” mənzil-tikinti kooperativi yaradılıb. Onun sifarişi ilə bu ilin sonunda “Kontinent İnşaat” MMC 1528 mənzildən ibarət 5 yaşayış binasının tikintisini başa çatdıracaq. 

“Kooperativin üzvləri Prezident Administrasiyası, Prezidentin İşlər İdarəsi, AR Prezidenti Xüsusi Tibbi Xidmətinin 961 işçisidir. Onlar mənzilləri maya dəyərinə – 360 manat/kv m qiymətinə alacaq. Xətai rayonunda yaşayış kompleksinin tikintisi üçün sahəsi 5 hektar olan torpaq sahəsi Prezidentin İşlər İdarəsində paytaxtın Hakimiyyəti tərəfindən verilib. MTK üç dövlət qurumu tərəfindən yaradılıb”, – deyə Turan-a açıqlamasında “Sosial Mənzil” kooperativin sədri Məmməd Məmmədov bildirib.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …