Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Sahil Babayev etirazçı qaziyə zəng etdi: “Videonu sil, kömək edim…”

Sahil Babayev etirazçı qaziyə zəng etdi: “Videonu sil, kömək edim…”

İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Həsən Mehdiyevin ayağını amputasiya etdirmək üçün xalqdan yardım istəməsi və aidiyyatı qurumları tənqid etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə və hökumətin tənqidinə səbəb olub.

Həsən Mehdiyevin hər iki ayağı dizinə qədər  amputasiya olunub. Özünün deydiyinə görə, indi ayağının birində çürümə getdiyi üçün dizdən yuxarı hissə də kəsilməlidir.

Onun sözlərinə görə, cərrahiyyə əməliyyatını İsraildən olan həkimlər edəcək.

Həsən Mehdiyev deyib ki, onun əhəmiyyatı üçün  23 min manat çatmır və ona görə bu vəsaiti xalqdan toplamaq qərarına gəlib. Gununsesi.info-ya açıqlamasında Həsən Mehdiyev bildirib ki, xalqa müraciətinin ictimailəşməsindən sonra  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ona zəng edib:

“Nazir mənə şəxsən telefon açdı. Bildirdi ki, məlum video müraciətimi sosial şəbəkələrdən silərəmsə, o mənə kömək edəcək. Ancaq mən ona “inciməyin, siləsi deyiləm, bu günə qədər bütün müraciətlərimə laqeyid qalmısınız” dedim”.

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …