Bazar ertəsi , May 20 2024
Ana səhifə / Şou Biznes / Aysunun keçmiş əri bu müğənni ilə “tutuldu” – FOTO

Aysunun keçmiş əri bu müğənni ilə “tutuldu” – FOTO

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov və müğənni Müjgan Ayxanın sevgili olduqları məlum olub.

Bu barədə “Maqazin plus” verilişində süjet yayımlanıb.

Proqramın əməkdaşları gecə saatlarında Eşqin və Müjganı məkanların birindən birlikdə çıxarkən görüntüləyiblər. Onlar sevgili olmaları ilə bağlı suallara rədd cavabı verməyiblər. Müjgan Eşqin olduğu yerdə danışmayacağını bildirib: “Bizə öyrədiblər ki, kişi olan yerdə xanım danışmaz”.

Eşqinsə bu iddiaları özünəməxsus şəkildə cavablandırıb: “Subay qızdı, subay oğlanam. Bunun heç kimə aidiyyatı yoxdur. Özümüz bilərik. Nə olsa, biləcəksiniz”.

Ayxan ləqəbli müğənni ən çətin günlərdə yanında Eşqinin olduğunu vurğulayıb: “Bircə onu deyə bilərəm ki, ən çətin günlərimdə Eşqin yanımda oldu”.

Qeyd edək ki, Eşqin bir neçə ay öncə müğənni Aysun İsmayılova ilə münasibətinə son qoyub./Bakıvaxtı.az

1159804_1.jpg (36 KB)

Həmçinin oxuyun

“Ali təhsili olmayan müğənnilər efirə buraxılmamalıdır” – Xalq artisti

“Televiziyalarımızda senzura olmalıdır. Biz həmişə oranı mavi ekran kimi görmüşük, insanlar ona baxıb zövq alıb. …