Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Sahib Məmmədov: “Qeyri-formal əməyin ləğvinə yönələn tədbirlər görülməlidir”

Sahib Məmmədov: “Qeyri-formal əməyin ləğvinə yönələn tədbirlər görülməlidir”

“Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir”.

Bu fikirləri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan qanunvericiliyinə görə, gündəlik iş saatı 8, həftəlik isə 40 saatdan artıq ola bilməz:

“Ölkədə işləyənlərin əksəriyyəti ilə əmək müaviləsi bağlanmayıb, ən yaxşı halda mülki-hüquqi müqavilə var. Dövlət sekotrunda, büdcədən maliyyələşən təşkilatlarda iş rejiminə az-çox əməl edilir. Özəl sektorda isə 8 saatlıq iş bir yana, bayram və istirahət günləri iş dayandırılmır. Bunun üçün qeyri-formal əmək bazarının ləğvinə yönələn tədbirlər görülməlidir. Əmək münasibətlərinin düzgün qurulması əmək müqaviləsindən başlayır”.

Həmçinin oxuyun

Bakıda 17 min manata pişik satılır – VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.Belə ki, it 10 min manata, pişik …